Modern.az

Yaponiyanın mərkəzindən meteorit uçub

Yaponiyanın mərkəzindən meteorit uçub

Aktual

17 Dekabr 2021, 08:24

Dekabrın 16-dan 17-nə keçən gecə Yaponiyanın mərkəzi Mie və Şizuoka prefekturaları üzərindən meteorit uçub.

 

Modern.az-ın məlumatına görə, səma cismini "HNK" telekanalının stasionar kameraları lentə alıb.

 

Şahidlərin sözlərinə görə, səmada "alov topu" uçub, bundan sonra onlar partlayışa bənzər bir səs eşidiblər. Həmçinin, İse şəhərinin bir çox sakini evlərində pəncərələrin titrədiyini bildirib.

Ehtimal edilir ki, meteorit parçaları yerə çatmış ola bilər. Hazırda yanğınsöndürmə xidməti və polisdə hər hansı dağıntı barədə məlumat yoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı