Modern.az

"Meta" 7 təşkilatı blokladı

Aktual

17 Dekabr 2021, 08:52

"Meta Platforms" şirkəti (Facebook, Instagram, WhatsApp-ın sahibi) platformalarında 50 minə yaxın istifadəçini izləyən yeddi təşkilatı bloklayıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə şirkətin saytında bildirilib.

 

Məlumatda qeyd olunub ki, İnternet vasitəsilə 100-dən çox ölkədən insanları izləyən yeddi təşkilat bloklanıb:

 

"Bu zərərli fəaliyyətlərin qurbanı olduğuna hesab etdiyimiz 50 000-ə yaxın insanı xəbərdar etmişik".

 

Şirkətdən verilən məlumata görə, cinayətkarlar Çin, Hindistan, İsrail və Şimali Makedoniyada yerləşib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı