Modern.az

İl ərzində koronavirusdan ölənlərin SAYI

İl ərzində koronavirusdan ölənlərin SAYI

Aktual

20 Dekabr 2021, 23:07

2021-ci ildə 3,3 milyondan çox insan yeni növ koronavirusdan (COVID-19) dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında məlumat verib.

 

O qeyd edib ki, COVID-19 hər həftə təxminən 50 min insanın həyatına son qoyur.

 

Baş direktorun sözlərinə görə, ilk dəfə Afrikanın cənubunda ortaya çıxan "Omicron" ştammının "Delta"dan daha sürətli yayıldığına dair sübutlar var. 

 

O bildirib ki, bayram zamanı bir çox ölkələrdə insanlar arasında təmasların artırmasına görə yoluxma və ölüm saylarında yüksəlmə müşahidə oluna bilər.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı