Modern.az

Qonşu ölkədə koronavirusla bağlı son vəziyyət

Qonşu ölkədə koronavirusla bağlı son vəziyyət

Aktual

21 Dekabr 2021, 00:09

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 176 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Yayımlanan cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 351 253 nəfərin test edildiyi, 18 762 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 24 497 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

 

Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 124 912 525 peyvənd tətbiq edilib ki, bunun 91,32 faizi birinci, 82,49 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Sizə yeni x var
Keçid et
Moskvaya kütləvi hücum aeroportlar bağlandı - Xəbəriniz Var?