Modern.az

“Moderna” “Omicron” üçün vaksin sınaqlarına başlayır

“Moderna” “Omicron” üçün vaksin sınaqlarına başlayır

Aktual

21 Dekabr 2021, 00:49

Amerikanın “Moderna” şirkəti istehsal etdiyi koronavirus əleyhinə peyvəndini “Omicron” ştammına qarşı sınaqdan keçirəcək.

 

Modern.az xəbər verir ki, peyvəndin klinik sınaqlarına 2022-ci ilin əvvəlində başlanması planlaşdırılır.

 

“Moderna” bildirib ki, mRNA-1273 peyvəndinə diqqət yetirmək qərarı qismən yeni kəşf edilmiş variantın nə qədər tez yayıldığı ilə bağlı olub. Şirkət hələ də “Omicron”dan qorunmaq üçün peyvənd hazırlamağı planlaşdırdığını və gələn ilin əvvəlində klinik sınaqlara başlayacağına ümid etdiyini bildirib.

 

"Moderna" daha əvvəl elan etmişdi ki, koronavirusun “Omicron” ştamına qarşı mübarizə üçün peyvəndin üçüncü dozası lazımdır. “Omicron” üçün uyğunlaşdırılmış peyvəndin yaradılması üç aydan az vaxt aparır.

 

Noyabr ayında Afrikada “Omicron” adlı yeni bir növ koronavirus ştammı yayılmağa başladı. Avropa, ABŞ və Asiya ölkələrində də yoluxma halları müəyyən edilib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı