Modern.az

ABŞ-da "Omicron"dan İLK ÖLÜM

ABŞ-da

Aktual

21 Dekabr 2021, 07:50

ABŞ-da koronavirusun "Omicron" ştamı ilə yoluxma nəticəsində ilk ölüm halı qeydə alınıb.

 

Modern.az xarici  KİV-lərə istinadən xəbər verir ki, ölən xəstə Texas ştatının Harris dairıəsindən olan, peyvənd olunmamış və səhhətində problemlər yaşayan 50 yaşlarında bir kişidir.

 

Daha əvvəl ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzləri ölkədə koronavirusun "Omicron" variantının üstünlük təşkil etdiyini bildirmişdi. Son bir həftə ərzində toplanmış məlumatlara görə, yoluxmuşların 73% -dən çoxunda bu mutasiya aşkar edilmişdir. Bir sıra regionlarda, o cümlədən ölkənin cənub-şərqində və şimal-qərbində "Omicron" ştamı ilə yoluxmuşların nisbəti 90%-i ötür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı