Azərbaycan Triatlon Federasiyasının prezidenti seçilib.
Modern.az xəbər verir ki, bu gün federasiyanın Hesabat-Seçki Konfransı keçirilib.
Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə Elçin Əliyev prezident seçilib.
Yığıncaqda həmçinin, Rüfət Həsənov və Azər Əliyev İdarə Heyəti sədrinin müavinləri, Əli Bünyadov və Sabira Cahangirova isə İdarə Heyətinə üzv seçiliblər.