Modern.az

Sabah Bakıya qar YAĞACAQ

Sabah Bakıya qar YAĞACAQ

Aktual

22 Dekabr 2021, 13:42

Sabaha gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.

 

ETSN Milli Hidrometeorologiya Xidmətinin Modern.az-a verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, nisbətən yüksək ərazilərdə qara keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

 

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3°-dək isti, gündüz 3-5° isti, Bakıda gecə 3°-dək isti, gündüz 3-5° isti olacaq.

Atmosfer təzyiqi  764 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət 80-90 % olacaq.

 

 

Tibbi-meteoroloji proqnoz

Dekabrın 23-24-də Abşeron yarımadasında küləkli və yağıntılı hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün  əlverişsizdir.

 

 

 

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, duman olacağı  gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  0-3° isti, gündüz  3-8° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz  0-3° şaxta olacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı