Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Səhiyyə Komitəsinin sədri, TÜRKPA-nın Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyasının sədri, akademik Əhliman Əmiraslanov TÜRKPA-nın Baş katib Mehmet Süreyya Er ilə görüşüb.
Modern.az xəbər verir ki, görüş zamanı Əhliman Əmiraslanov Komissiya çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, TÜRKPA Katibliyinin təşəbbüslərini müsbət qiymətləndirmiş, həmçinin gələcək layihələrə dəstəyini ifadə etmişdir. Baş katib Mehmet Süreyya Er Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd etmiş və Katibliyin gələcək planları barədə məlumat verib.
Tərəflər türkdilli ölkələr arasında parlamentlərarası əməkdaşlığın perspektivləri və 2022-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirlər ətrafında fikir mübadiləsi aparıblar.