Modern.az

İntensiv qar yağacaq, yollar buz bağlayacaq - Növbəti hava xəbərdarlığı

İntensiv qar yağacaq, yollar buz bağlayacaq - Növbəti hava xəbərdarlığı

Aktual

22 Dekabr 2021, 14:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin qeyri-sabit keçəcəyi barədə növbəti dəfə xəbərdarlıq yayıb.

 

Xidmətdən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında qısamüddətli fasilədən sonra havanın dekabrın 25-dək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, nisbətən yüksək ərazilərdə qara keçəcəyi gözlənilir.

 

Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin 15-18 m/s, dekabrın 23-də arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.

 

Azərbaycanın rayonlarında dekabrın 25-dək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı