Müsahibimiz 30 il hüquq- mühafizə orqanlarında çalışmış, hüquq üzrə fəlsəfə doktoru Ramiz Cəfərovdur.
Modern.az R.Cəfərovla müsahibəni təqdim edir:
- Ramiz müəllim, nadir hallardandır ki, hüquq-mühafizə orqanında işləyərkən elmi iş üzərində işləyibsiniz. Buna neceə vaxt tapa bildiniz?
- Tələbə vaxtı hüquq fakültəsində yüksək qiymətlərlə oxuduğuma gorə, ADU- nun 3 kafedrasi mənə muəllim kimi qalmaği təklif etdi. Lakin o vaxt həvəsim təcrubəyə olduğundan təyinatla prokurorluqda fəaliyyət göstərməli oldum,ancaq elm sahəsindən uzaqlasmadım, işləyə işləyə dərs deyirdim.
1991-92 ci illərdə dissertanat işim qeydə alındı və mövzunu Moskvada götürdüm. Elmi rəhbərim İqor Viktoroviç Şmarov mənə imkan verdi ki, mövzunu sərbəst seçim.
Həmin vaxt bütün ölkə üçün Dağliq Qarabağ mövzusu aktual olduğundan və orada cinayətkarlığın səviyyəsi, xüsusən milli zəmində baş verən cinayətlərin səviyyəsi sürətlə artdığından milli münaqişələr zəminində baş verən cinayətlərin problematik məsələləri işləməyə basladim.
- 2020-ci ildə Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Bu barədə nə deyə bilərsiniz?
- Tək Vətən müharibəsi deyil, ümumiyyətlə, ölkəmizi müstəqillik qazanandan sonra düşdüyü ağir vəziyyət barədə mənim həmişə özüməməxsus baxışlarim olub.
Şahidiyik ki, Ulu Öndər Heydər Əliyev də Azərbaycan xalqını ölüm ayağından, vətəndaş müharibəsindən, ölkənin parcalanmasindan xilas etdi.
Eyni zamanda Qarabağ məsələsinin həlli üçün zəruri bazani yaratdi, müzəffər ordumuzun bünövrəsini qoydu, onun daim güclənməsi üçün zəruri tədbirləri gördü və bu tədbirləri də Möhtərəm Prezidentimiz lham Əliyev qürur və ləyaqətlə davam etdirdi. Məhz bu ləyaqətli davamın nəticəsidir ki, cox qisa müddətdə ordumuz duşməni darmadağin edib, torpaqlarımızı azad edərək xalqımıza qaytardı.
Xalqa belə sidq ürəkdən xidmət edən rəhbərin mütləq qədrini bilməliyik.
Məhz bu baxımdan mən 2008-ci ildə Ulu Öndər Heydər Əliyev haqqinda "Ictimai Siyasi Mühitə Təsirin Heydər Əliyev Taktikasi" adli kitab yazaraq ingilis və rus dillərinə də tərcümə etdirdim və respublika daxilində bütün səfirliklər, nazirliklər, deputatlar, tələbələr və digər səxslər arasında yaydım.
Sonuncu Qarabağ müharibəsi başlayana qədər ölkə ziyalılarının və digər təbəqələrin böyük əksəriyyəti hesab edirdi ki, Qarabağ birdəfəlik gedib, bu torpaq uğrunda müharibə aparilmayacaq, artıq torpaqlar ermənilərə verilib.
Bu fikirlərə mən qətiyyən inanmirdim və bununla əlaqədar bir cox mötəbər şəxslərlə ciddi mübahisələr etmişəm, daim fikrimin üstündə möhkəm durmuşam ki, torpaqları dinc yolla olmasa da, mütləq müharibə yolu ilə alacağıq.
Belə ola bilməz ki, bütün dünyanın gözü qarşısında bir dövlət basqa bir dövlətin torpağını zorla alsın, qaytarmaqdan da imtina etsin, hətta həyasizcasina hədələsin ki, hələ başqa torpaqlarını da alacağam.
Cənab Prezidentə öz ürək sözlərimlə aşağıdakı alqiş məktubumu göndərdim:
Möhtərəm Cənab Prezident !
32 il əvvəl ermənilərin başladığı münaqişənin bu gün məhz hərbi yolla həll edilməsi barədə qətiyyətiniz, bütün Azərbaycan xalqını, dünya Azərbaycanlılarını və Azərbaycanı dəstəkləyənlərin hamısını çox yüksək səviyyədə məmnun etməklə ölkəmizin tarixi Səlnaməsinə qızıl hərflərlə həkk olunur.
İşğal edilmiş torpaqlarımızın danışıqlar yolu ilə alınması, təbiidir ki, heç vaxt bu effekti verməzdi. Çünki ermənilərin müvəqqəti hərbi üstünlüyü, danışıqlara mənfi təsir edəcəkdi, Qarabağ döyüşlərində verdiyimiz şəhidlərin ruhu, ata-analarımız və bütün xalqımız, şəhidlərin qisası alınmadığına görə niskilli qalacaqdılar, haqq-ədalət tam bərpa olunmayacaqdı.
Məhz torpaqlarımızı hərbi yolla qaytarmaq barədə qərarınız bir çox minilliklər ərzində formalaşmış tariximizin ən cəsarətli və ən dəyərli tarixi anlarından biridir.
Şah İsmayıl Xətainin dövründə mövcud olan yüz minlərlə kvadrat kilometr torpaqlarımız sonrakı hakimiyyətlər dövründə 400 ildən də çox müddətdir ki,bir qarış da olsa geri qaytarılmamışdır.
Bu gün Siz, böyük tarixi inqilab edərək Şanlı Ordumuzun gücü ilə işğal olunmuş torpaqlarımızı geri qaytarmaqla tariximizi daha da zənginləşdirirsiniz.
Bütün Dünyaya Azərbaycan Xalqının böyük igidliyini, döyüşkənliyini, cəsarətini, kişiliyini, əzmkarlığını, eyni zamanda humanistliyini, insanpərvərliyini, ədalətini və s. kimi nəcib xüsusiyyətlərini tanıtdırırsınız.
Biz fəxr edirik ki, bu gün xalqımıza, bütün varlığı ilə xalqını sevən, ona var gücü ilə xidmət edən, CƏSARƏTLİ, ƏZMKAR, QORXMAZ, İGİD, dünya siyasi arenasında xüsusi nüfuzu və dərin hörməti olan Sizin kimi MƏĞRUR Prezident rəhbərlik edir.
Böyük qalibiyyət sahibi kimi Sizə bütün yaxşı sözlər yaraşır.
Ordumuz sübut edir ki, müharibədən sonra real döyüş təcrübəsi ilə daha yüksək mövqe qazanmağa layiqdir.
Təsadüfi deyil ki, nəhəng dövlətlər məhz bizim ordunun döyüş təcrübəsindən, xüsusən hava döyüşü təcrübəsindən yararlanmağa çalışırlar.
Eşq olsun Azərbaycan Ordusuna!
Bu şanlı tariximizin ən böyük zinətlərindən biri də, qardaş Türkiyənin göstərdiyi misilsiz dostluq sədaqətinin bütün dünyaya bəyan olmasıdır.
Çox az dost tapılar ki, ən ağır, ölüm-dirim vaxtında bütün varlığı ilə dostunu dəstəkləsin,onun yanında olsun, həyatını riskə qoysun.
Ancaq Türkiyə və Azərbaycan bütün dünyaya sübut etdilər ki, onlar tarix boyu belə dost olmuşlar, bu gün və bundan sonra da belə dost olacaqlar. Çünki ULU ÖNDƏRİN dediyi kimi "Bir millət, iki dövlət" olmaqla onlar qəlbən bir-birinə bağlıdırlar.
Cənab Prezident,çox sağ olun ki, bu dostluğu müqəddəs saymaqla layiqincə dəyərləndirirsiniz.
Qarabağ uğurunun böyük nailiyyət sarsılmaz dostluğun məhsuludur.
Çox hörmətli Rəcəb Təyyub Ərdoğan başda olmaqla bütün Türk qardaşlarımıza dərin minnətdarlığımızı bildiririk.
Möhtərəm Prezident, Allah Sizi qorusun, Türk qardaşlarımızla birlikdə Sizlərə bu çətin və keşməkeşli dövrdə daha böyük Zəfərlər və Uğurlar arzulayırıq.
Məhz cəsarətli Prezidentimizin diplomatik həmlələri hesabına bütün dünya xalqlarının siyasi elitasının Qarabağ siyasətinə baxışında ciddi dönüş yarandı və ermənilərin bu günədək dünya siyasi arenasında yaratdığı mifik siyasi xülyalar darmadağın dağıdiıdı. Bu qələbə tam və qəti qələbədir. İnaniram ki,sərhəddə qalan hansısa xırda anlaşılmazlıqlar da mütləq bizim qələbəmizə uyğun qaydada öz həllini tapacaqdır.