Modern.az

İrəvan meri işdən qovuldu

İrəvan meri işdən qovuldu

Aktual

22 Dekabr 2021, 17:24

İrəvan meri Ayk Marutyan vəzifəsindən kənarlaşdırılıb.

 

Modern.az xəbər verir ki, qərarı İrəvan Ağsaqqallar Şurası verib.

 

Şurada keçirilən səsvermə nəticəsində Qraçya Sarkisyan paytaxtın meri seçilib.

 

Ağsaqqallar Şurasının 44 üzvü Sarkisyanın namizədliyinin lehinə, 10 nəfər əleyhinə səs verib, üç bülleten etibarsız sayılıb.

 

O, indiyədək merin birinci müavini işləyib.

 

Qeyd edək ki, H.Marutyan daha əvvəl vida çıxışında qalmaqallı açıqlamalar verib. O, xüsusən də “yuxarı”dan gələn zənglərdən, Ağsaqqallar Şurası üzvlərinin təxribat törətməsindən danışıb, parlamentin spikeri Alen Simonyana yeni avtomobil alınmasını və şəhər administrasiyasındakı bir çox başqa problemləri tənqid edib.

 

“Mənim addımım” fraksiyasının rəhbəri Armen Qalcyan onun çıxışını siyasi iddia kimi qiymətləndirib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı