Modern.az

Məhkəmədən Ramiz Mehdiyevin işdən çıxardığı eks-deputatla bağlı qərar

Məhkəmədən Ramiz Mehdiyevin işdən çıxardığı eks-deputatla bağlı qərar

Aktual

22 Dekabr 2021, 17:52

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiq müdiri Elton Məmmədov AMEA ilə olan məhkəmə çəkişməsində qalib gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə “Unikal”a açıqlamasında E.Məmmədov özü bildirib. O, həmin işə Səbail Rayon Məhkəməsində baxıldığını deyib:

 

“Dekabr ayının 10-da məhkəmə qərar verdi. Mən də iş yerimə bərpa edildim”.

 

Qeyd edək ki, AMEA Prezidenti Ramiz Mehdiyev E.Məmmədovu vəzifəsindən azad etdikdən sonra onun yerinə kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevi müvəqqəti olaraq təyin etmişdi.

 

Milli Məclisin sabiq deputatı Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı