Modern.az

Gələn il qazın qiyməti kifayət qədər qalxacaq - Baş nazir müavini

Gələn il qazın qiyməti kifayət qədər qalxacaq - Baş nazir müavini

Aktual

24 Dekabr 2021, 13:26

Gələn il Avropada qazın qiyməti kifayət qədər yüksək səviyyədə olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

 

“Bu gün tələb və təklif balansı elədir ki, qiymət kifayət qədər yüksəkdir. Düşünürəm ki, gələn il bu, yüksək səviyyədə olacaq. Payızda qazın qiyməti bir kubmetr üçün 1,9 min dolları keçərək rekord vurdu, sonra tədricən azaldı. Bununla belə, dekabrın 21-də qiymətlər yenidən tarixi maksimuma çatıb, 1000 kubmetr üçün 2 min dollardan yuxarı qalxıb. Bu, Polşa ərazisindən keçən Yamal-Avropa qaz kəməri ilə tədarükün dayandırılması və “Şimal axını-2” ilə tədarükün başlanması ilə bağlı qeyri-müəyyənlik fonunda baş verib”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı