Modern.az

Qırğızıstan Prezidenti KTMT-nin sammitində iştirakdan İMTİNA etdi

Qırğızıstan Prezidenti KTMT-nin sammitində iştirakdan İMTİNA etdi

Aktual

10 Yanvar 2022, 10:04

Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası bu gün Moskva vaxtı ilə saat 10-da başlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat katibi Berik Uali bildirib.

 

"Bu gün Nur-Sultan vaxtı ilə saat 13:00-da prezident Qasım-Jomart Tokayev Qazaxıstan tərəfinin təşəbbüsü ilə çağırılan KTMT Kollektiv Təhlükəsizlik Şurasının fövqəladə sessiyasında iştirak edəcək".

 

Qeyd edək ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov KTMT-nin bu gün videoformatda keçiriləcək sammitində iştirak etməyəcək.

 

Sammitdə Qırğızıstan Prezidentini Baş nazir Akılbek Japarov əvəzləyəcək.

 

Xatırladaq ki,  tərəflər Qazaxıstandakı vəziyyəti müzakirə edəcəklər.

 

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır