Modern.az

ÜST-dən yeni "Deltacron" AÇIQLAMASI

ÜST-dən yeni

Aktual

11 Yanvar 2022, 01:27

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun son yaranan variantı ilə bağlı suallara aydınlıq gətirib.


Modern.az xəbər verir ki, ÜST-ün Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya van Kerkhove "Twitter" hesabında bildirib ki, koronavirusun "Deltacron" ştamı virusun iki variantının birləşməsi deyil.


Mariya van Kerkhove yeni ştamın "Deltacron" adlandırılmamasına qarşı çıxıb.

ÜST nümayəndəsi qrip və COVID-19-un eyni vaxtda xəstəlik mənasını verən “Deltacron”, eləcə də “Fluron” anlayışından istifadə etməməyə çağırıb:

"Bu sözlər virusların variantlarının birləşməsini nəzərdə tutur, amma bu, baş vermir".


Qeyd edək ki, koronavirusun ilk dəfə Kiprdə aşkarlanan yeni ştamının daha əvvəl məlum olan iki variantın – “Delta” və “Omicron”unn kombinasiyası olduğu bildirilirdi. Buna görə də yeni ştam törədiciləri müvafiq olaraq “Deltacron” adlandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı