Modern.az

Xocalı qatili xəstəxanaya yerləşdirilib

Xocalı qatili xəstəxanaya yerləşdirilib

Aktual

11 Yanvar 2022, 12:50

Qarabağdakı separatçıların rəhbərlərindən biri, erməni terrorçuların qondarma “təhlükəsizlik şurasının katibi”, Xocalı qatili Vitali Balasanyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 

Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Balasanyanın xəstəxanaya düşməsinə səbəb ürəktutmasıdır.

Onun hazırda İrəvandakı “Erebuni” Tibb Mərkəzində müalicə olunduğu bildirilir.

Xatırladaq ki, Vitali Balasanyan Xocalıda dinc azərbaycanlılara qarşı törədilən soyqırımında qəddarlığı ilə seçilib.

O, hələ 1988-ci ildən Əsgəran rayonunda daşnakların silahlı quldur dəstəsinin rəhbəri olub. 2000-ci ildə qondarma Qarabağ rejiminin "müdafiə nazirinin birinci müavini" olub. 2002-ci ildə ona separatçıların "milli qəhrəmanı" adı verilib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı