“Dikiy Arman” ləqəbi ilə tanınan qazaxıstanlı avtoritet Arman Cumageldiyev Nur-Sultan məhkəməsinin sanksiyası ilə iki ay müddətinə həbs edilib.
Modern.az xəbər verir ki, bu barədə paytaxt məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Arman Cumageldiyevin saxlanması yanvarın 7-də məlum olub. O, beş nəfərdən ibarət dəstəsi ilə birlikdə Almatıda keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Saxlanılan zaman şübhəlilərdən müxtəlif markalı və çaplı 4 ədəd yarımavtomat tapança, onlar üçün döyüş sursatı, kəsici-deşici silahlar və 1 zirehli maşın götürülüb.
"İlkin məlumatlara görə, o, ötən ilin dekabrında xaricdən gəlib və yanvarın 5-6-da baş verən məlum hadisələr zamanı Almatıda olub", - Daxili İşlər Nazirliyindən bildirilib.