Modern.az

Ümid edirik ki, Türkiyə ilə sərhəd açılacaq - Ermənistan XİN 

Ümid edirik ki, Türkiyə ilə sərhəd açılacaq - Ermənistan XİN 

Aktual

13 Yanvar 2022, 16:38

“Ermənistanın bu dialoqdan gözləntiləri əslində 1990-cı illərdəki gözləntilərlə eynidir. Biz gözləyirik ki, proses nəticəsində Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər qurulacaq və iki ölkə arasında 90-cı illərin əvvəllərində Türkiyənin özü tərəfindən birtərəfli qaydada bağlanmış sərhəd yenidən açılacaq”.
 

Modern.az xəbər verir ki, bu fikirləri Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyan iki ölkənin xüsusi nümayəndəsinin yanvarın 14-də planlaşdırılan görüş haqqında deyib.


“Ermənistan Respublikası hər zaman heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib. Bununla bağlı qeyd etməliyəm ki, Ermənistanın mövqeyi dəyişməyib və eyni mövqe Ermənistan hökumətinin 2021-2026-cı illər Proqramında da öz əksini tapıb. Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşünə Rusiya tərəfi Moskvada ev sahibliyi edəcək. Əslində, bu ilk görüş “nəzakətli görüş” xarakteri daşıyacaq. Bir görüşdən nəzərəçarpacaq nəticələr gözləmək çətindir, lakin bu, prosesə start verəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı