Modern.az

Sülhməramlıların Qazaxıstandan çıxarılması ilə bağlı QƏRAR

Sülhməramlıların Qazaxıstandan çıxarılması ilə bağlı QƏRAR

Aktual

13 Yanvar 2022, 16:50

KTMT ölkələrinin müdafiə idarələrinin rəhbərləri Qazaxıstandan sülhməramlıların daimi dislokasiya məntəqələrinə qayıtmasının təşkili haqqında qərar imzalayıblar.

 

Modern.az xəbər verir ki, bu barədə KTMT mətbuat xidməti bildirib.

 

Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Müdafiə Nazirləri Şurasının (MNŞ) videokonfrans vasitəsilə növbədənkənar iclası keçirilib.

 

KTMT Müdafiə Nazirləri Şurasının növbədənkənar iclasının yekunlarına əsasən, müdafiə nazirliklərinin rəhbərləri KTMT-yə üzv dövlətlərin hərbi kontingentlərinin Qazaxıstan  ərazisindən geri qaytarılmasının təşkili haqqında KTMT Müdafiə Nazirləri Şurasının birgə qərarını imzalayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı