Rusiya prezidentinin köməkçisinin sözlərinə görə, Vladimir Putin və Boris Conson iki əsas mövzunu müzakirə edəcəklər.
Bu gün axşam Rusiya prezidenti Vladimir Putin və Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı gözlənilir.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə Putinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, söhbət zamanı iki əsas mövzu müzakirə olunacaq: Ukrayna nizamlanması və təhlükəsizlik təminatları.
"Bu axşam Böyük Britaniyanın baş naziri Conson ilə telefon danışığı planlaşdırılır.
Liderlər bir daha Avropa gündəminin ən əsas məsələlərini müzakirə edəcəklər” – deyən Uşakovun sözlərinə görə, Putinlə Conson ikitərəfli əməkdaşlığın bəzi məsələlərinə də toxunacaqlar.