Modern.az

Qırğızıstan-Tacikistan sərhədində vəziyyət düzəlməyib – RƏSMİ

Qırğızıstan-Tacikistan sərhədində vəziyyət düzəlməyib – RƏSMİ

Aktual

2 Fevral 2022, 17:52

Qırğızıstan-Tacikistan sərhədində vəziyyət gərgin olaraq qalır.

Modern.az xarci KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev bildirib.

"Mən deməzdim ki, sərhəddə vəziyyət sakitdir, əksinə, gərgindir. Amma hələlik bu gərginliyin  münaqişəyə çevrilməsini şərtləndirən səbəblər yoxdur", - Taşiyev deyib.

“Sərhədlərin müəyyənləşdirilməsi məsələsi tamamlanmayana qədər hər an münaqişə yarana bilər”.

Kamçıbek Taşiyevin sözlərinə görə, əvvəllər sərhədlərə yaxın ərazilərdən evakuasiya edilmiş bütün insanlar öz evlərinə qayıdıblar.

Yanvarın 27-də Qırğızıstan-Tacikistan sərhədində vəziyyət, Qırğızıstan sərhəd xidmətinin məlumatına görə, Batken-İsfana yolunun bağlanması səbəbindən gərginləşib. Qırğızıstan və Tacikistan sərhəd nümayəndələri arasında aparılan danışıqlardan sonra yolun həmin hissəsi açılıb.

Lakin sonra vəziyyət daha da pisləşib, Qırğızıstan və Tacikistan sərhəd qoşunlarının bölmələri arasında beş saatdan çox davam edən atışma baş verib.

Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə, atışma zamanı 12 nəfər yaralanıb, onların vəziyyəti orta ağır qiymətləndirilir.

Tacikistan tərəfi də hərbçilər və mülki şəxslər arasında qurbanlar barədə məlumat verib.

Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi sərhəddəki münaqişə zonasından 24 mindən çox yerli sakinin təxliyə edildiyini bildirib.

Daha sonra Qırğızıstan və Tacikistan sərhəddə tam atəşkəs, eləcə də sərhədə cəlb olunmuş əlavə qüvvə və texnikanın yerləşdirilmə yerlərinə çıxarılması barədə razılığa gəliblər.

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan daha bir hücum - Bakı hədəfə alındı