Modern.az

QHT Agentliyinin növbəti iclası keçirilib

QHT Agentliyinin növbəti iclası keçirilib

Aktual

2 Fevral 2022, 22:20

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”nın icrasını təmin etmək məqsədilə Müşahidə Şurasının üzvlərindən və Agentliyin əməkdaşlarından ibarət yaradılmış rəy komissiyası fəaliyyətini davam etdirir.

 

Agentlikdən Modern.az-a bildirilib ki, rəy komissiyasının fevralın 2-də keçirilən növbəti iclasında Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müsabiqələrə və qrant vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzulara dair təqdim edilən müraciətlər nəzərdən keçirilib. Müzakirələrin nəticələri barədə qərarlar aidiyyəti üzrə təqdim olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı