Modern.az

Zavod mühafizəçisinin ölümü ilə bağlı AÇIQLAMA

Zavod mühafizəçisinin ölümü ilə bağlı AÇIQLAMA

Aktual

23 Fevral 2022, 15:00

Bəzi media qurumları tərəfindən Gəncə şəhəri ərazisində yerləşən avtomobil zavodunda mühafizə xidmətində çalışan E.Yusibovun zədə alması nəticəsində vəfat etməsi ilə bağlı informasiyalar ictimailəşdirilib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, fevralın 23-də gecə saat 3 radələrində 1982-ci il təvəllüdlü Elçin Yusibov iş yerində səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya aparılıb.

 

O, göstərilmiş tibbi yardımlara baxmayaraq, “qəfləti koronal ölüm” diaqnozu ilə vəfat edib.


Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, ərazidə olan təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə baxış keçirilib.


Hazırda şəhər prokurorluğunda araşdırma davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı