İcra başçısı qazini evində ziyarət edib.
Modern.az xəbər verir ki, Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov qazi Qiyas Tağıyevi evində ziyarət edib, onun səhhəti ilə yaxından maraqlanıblar. Həmçinin icra başçısı tərəfindən qazinin övladlarına hədiyyələr təqdim olunub, ailəyə maddi köməklik göstərilmiş, həmçinin qazinin müraciəti əsasında Naftalanda yeni açılmış Park Naftalan müalicə kompleksində işlə təmin olunub.
Qeyd edək ki, Vətən Müharibəsində sağ ayağını itirmiş qazimiz bir müddət əvvəl ƏƏSMN tərəfindən yüksək texnologiyalı protezlə təmin olunub.
Qiyas Tağıyev şəhid ailələrinə, qazilərə, Vətən Müharibəsi iştirakçılarına daim göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.