Modern.az

Ankara və İrəvan barışıq sənədini müzakirə edir - Erməni deputat

Ankara və İrəvan barışıq sənədini müzakirə edir - Erməni deputat

Aktual

23 Fevral 2022, 15:18

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı danışıqların gündəliyinə müzakirəsi ictimaiyyətdən gizli aparılan sənəd daxildir.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri, “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan bildirib.

 

"Danışıqlar davam edərsə, bu, müxalifətçi deputatın nöqteyi-nəzərindən Ermənistan-Türkiyə barışığı ilə bağlı sənədin müzakirə olunduğu anlamına gəlir. Bu sənəddə erməni xalqının maraqları pozulacaq və Türkiyənin bütün ilkin şərtləri xalqdan gizli qəbul ediləcək”, - deyə erməni deputat iddia edib.

 

Qeyd edək ki, İrəvan və Ankara ötən ilin sonunda normallaşma üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər. Danışıqlarda Ermənistanı parlamentin vitse-spikeri Ruben Rubinyan,Türkiyəni isə ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç təmsil edir.

 

Yanvarın 14-də Moskvada ilk görüş olub. Danışıqlar zamanı tərəflər konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Növbəti görüşün fevralın 24-də Vyanada keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, indiyədək Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr mövcud olmayıb, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı