“Türkiyənin Rusiya ilə siyasi, hərbi və iqtisadi əlaqələri var, amma heç birindən vaz keçə bilmərik”.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Bizim Ukrayna ilə siyasi, hərbi və iqtisadi münasibətlərimiz var. Əgər "Ukraynadan əl çəkin" desəniz, imtina edə bilmərik. Çünki burada ölkəmizin maraqları çox yüksəkdir. Əgər "Rusiyadan əl çəkin" deyirsinizsə, biz bacara bilmərik. Elə bir addım atırıq ki, heç birindən vaz keçmədən bu problemi həll edəcəyimizə ümid edirik. Bunun üçün komandamız və nümayəndə heyətimizlə görüşlər keçirəcəyik. Ona görə də NATO Liderlər Zirvə toplantısına böyük əhəmiyyət verirəm. Burada bütün liderlərin nə düşündüyünü görəcəyik. Eyni zamanda, dostlarımızla öz aramızda görüşüb, işimizi görəcəyik. İndiki məqamda NATO Liderlər Zirvəsi bizim üçün ən doğru nöqtə olacaq. Bundan sonra Putinlə görüşü keçirmək daha yaxşı olar", - deyə Ərdoğan vurğulayıb.