Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.
Modern.az TASS-a istinadən bildirir ki, görüş iştirakçıları fevralın 22-də iki ölkə liderlərinin imzaladığı Rusiya və Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin müxtəlif aspektlərini müzakirə ediblər.
Bundan əlavə, Azərbaycan lideri dünyada mövcud iqtisadi və siyasi vəziyyət, pandemiya, eləcə də Qarabağın bərpası ilə bağlı sualları cavablandırıb.