Modern.az

Arvadını baltalayan kişiyə 14 il HƏBS VERİLDİ

Arvadını baltalayan kişiyə 14 il HƏBS VERİLDİ

Aktual

23 Fevral 2022, 16:42

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirlilən Şükür Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrında paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.

 

Ş.Mirzəyev ailə münasibətləri zəminində həyat yoldaşı Kəmalə Mirzəyevanı balta ilə zərbələr endirərək qətlə yetirib. Törətdiyi cinayət əməlinə görə Ş.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı