Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev karyerası ilə bağlı qərar verib.
Modern.az xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan üçqat dünya və üçqat Avropa çempionu bununla bağlı feysbuk səhifəsində paylaşım edib.
Statusunda "Paris 2024" yazan titullu idmançı 2024-cü ildə Fransa paytaxtında keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcəyinə işarə vurub.
Qeyd edək ki, Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. Son vaxtlar onun kariyerasını bitirəcəyi barədə fikirlər dolaşırdı. Hacı Əliyev bugünkü paylaşımı ilə qərarını açıqlamış oldu.