Modern.az

Yol polisindən futbol azarkeşlərinə ÇAĞIRIŞ

Yol polisindən futbol azarkeşlərinə ÇAĞIRIŞ

Aktual

24 Fevral 2022, 08:04

Bu gün Tofiq Bəhramov adına stadionda baş tutacaq oyunu izləməyə gələn azarkeşlərdən şəxsi avtomobillərdən mümkün qədər istifadə etməmələri xahiş olunur.

 

Bu barədə Modern.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

 

Polis mayoru qeyd edib ki, təmsil etdiyi qurum tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb:

 

"Azarkeşlərin və digər hərəkət iştirakçılarının rahat hərəkətinin təşkili, təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər görülüb.

 

"Qarabağ" və "Marsel" komandalarının Tofiq Bəhramov adına stadionda saat 21:45-də keçirilməsi nəzərdə tutulan oyununa gələcək və həmin ərazidən istifadə edəcək şəxslərin  hərəkətinin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə tövsiyələrə diqqət etmələri xahiş olunur.

 

Belə ki, azarkeşlərdən stadiona yaxın yəni, Əhməd bəy Ağaoğlu, Fətəli Xan Xoyski və Aşıq Alı küçələri istiqamətində şəxsi minik nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri rica olunur".

 

A. Əsgərli deyib ki, azarkeşlərin əsasən ictimai nəqliyyata üstünlük vermələri arzuolunandır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı