Modern.az

Kiyevdə strateji obyektlər raketlərlə vurulur

Kiyevdə strateji obyektlər raketlərlə vurulur

Aktual

24 Fevral 2022, 08:10

Bu gün səhər saatlarında Ukraynanın bir sıra şəhərlərində, o cümlədən paytaxt Kiyevdə partlayışlar baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə "UNİAN" agentliyi məlumat yayıb. 

 

Bildirilib ki, Kramatorskda 4 partlayış qeydə alınıb. Bundan əlavə, Odessa, Xarkov, Berdyanskda güclü partlayışlar baş verib, hazırda Donbassda intensiv atışma gedir.

 

Paytaxt Kiyevdə də partlayış səsləri eşidilməkdədir. Borispol hava limanı ərazisində partlayışın olduğu, atışmaların baş verdiyi bildirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı