Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Rusiya prezidenti Vladimir Putinin Ukraynada xüsusi əməliyyatın başlaması ilə bağlı gurultulu bəyanatından sonra ölkəsində partlayışların harada qeydə alındığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə Geraşenko Facebook hesabında yazıb.
O qeyd edib ki, Ukraynada Kiyev, Xarkov və Dneprdə hərbi idarəetmə mərkəzlərinə, aerodromlara, hərbi anbarlara raket hücumları olub. Sərhədi artilleriyadan atəşə tuturlar.
"Bu gündən dünyada yeni geosiyasi reallıq var. Ya Ukrayna və dünya indi yeni Hitlerə son qoyacaq, ya da Üçüncü dünya müharibəsi olacaq. Həqiqət bizimlədir! Allzah bizimlədir! Biz torpağımızı müdafiə edirik! Qələbə bizim olacaq”, – Geraşenko yazıb.
Daxili işlər nazirinin müşaviri Rusiyadakı dostları və qohumları ilə telefon əlaqəsi saxlamağa və onlardan müharibəni dayandırmaq üçün küçələrə çıxmağı tələb etməyə çağırıb.