Ötən gecə UEFA Çempionlar Liqasının 1/8 finalının ilk oyunlarına yekun vurulub.
Modern.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.
"Benfika" Portuqaliyada Niderland "Ayaks"ı ilə heç-heçə edib - 2:2.
Digər qarşılaşmada isə "Mançester Yunayted" (İngiltərə) Madrid "Atletiko"sunun qonağı olub. Bu oyunda da qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, bu mərhələnin cavab oyunları 10, 15, 16 və 17 mart tarixlərində keçiriləcək.
UEFA Çempionlar Liqası, 1/8 final
İlk oyunlar
"Benfika" (Portuqaliya) - "Ayaks" (Niderland) - 2:2
"Atletiko" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:1
"Çelsi" (İngiltərə) - "Lill" (Fransa) - 2:0
"Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya) - 1:1
"İnter" (İtaliya) - "Liverpul" (İngiltərə) - 0:2
"Zalsburq" (Avstriya) - "Bavariya" (Almaniya) - 1:1
PSJ (Fransa) - "Real" (İspaniya) - 1:0
"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 0:5