Modern.az

Rusiya Ukraynanı 75 dəfə atəşə tutub - Yaralılar var

Rusiya Ukraynanı 75 dəfə atəşə tutub - Yaralılar var

Aktual

24 Fevral 2022, 09:30

“Rusiya işğalçı qoşunları tərəfindən bu gün ərzində 75 atışma qeydə alınıb ki, bunun da 71-də ağır silahlardan istifadə edilib”.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Düşmən çoxsaylı reaktiv yaylım atəş sistemlərindən, 122 millimetrlik artilleriya sistemlərindən, 120 millimetrlik və 82 millimetrlik minaatanlardan, müxtəlif sistemli qumbaraatanlardan, ağır pulemyotlardan və atıcı silahlardan istifadə edib. Ümumilikdə düşmən 250 raket, 247 artilleriya mərmisi və 586 minadan istifadə edib. Atışma nəticəsində 4 hərbçi yaralanıb. Biz lazımi cavabı veririk.

 

Qeyd edim ki, Ukrayna Silahlı Qüvvələri mülki infrastrukturu atəşə tutmayıb və həyata keçirmir.

 

Birgə qüvvələr vəziyyətə nəzarət edir və Rusiya Federasiyasının silahlı təcavüzünü dəf etmək və qarşısını almaq üçün tapşırıqları yerinə yetirməkdə davam edir”,- deyə məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı