Ukraynada hərbi əməliyyatların başlamasından sonra Rusiyaya qarşı təzyiq səviyyəsini yüksəltməyin vaxtı çatıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu amerikalı senator, Kəşfiyyat üzrə Seçilmiş Komitə sədri Mark Uorner bildirib.
O deyib ki, ABŞ qanunvericiləri ABŞ müttəfiqləri ilə birlikdə bu təcavüzün cəzasız qalmasına imkan verməyəcəklərini Putinə nümayiş etdirmək üçün bir araya gəlməlidir.
Warner əlavə edib ki, Rusiyanın Ukraynadakı əməliyyatı həm Rusiya, həm də Ukrayna xalqı üçün faciədir.
“Onlar (ruslar) Putinin ehtiyatsız ambisiyasına görə qanla və iqtisadi ziyanla böyük bədəl ödəyəcəklər”.
Turqay Musayev