Modern.az

Ukraynadakı səfirliyimiz: “Ölkədən çıxış mümkün deyil”

Ukraynadakı səfirliyimiz: “Ölkədən çıxış mümkün deyil”

Aktual

25 Fevral 2022, 00:25

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımızın problemlərinin həlli üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

 

Modern.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

 

Səfirlik soydaşlarımızı təhlükəsizlik baxımdan evdən çıxmamağa çağırıb. Bildirilib ki, ehtiyac yarandığı halda səfirliyin 00380735050000 nömrəli qaynar xəttinə zəng edə bilərlər.

 

Qeyd olunub ki, Ukrayna hava yollarını bağladığı üçün hələlik ölkədən çıxış mümkün deyil. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı