“Biz tək qaldıq, heç kim bizim üçün döyüşmək istəmir”.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.
“Bizi NATO-ya qəbul etmək istəmirlər, təhlükəsizlik zəmanəti verməkdən qorxurlar. 27 Avropa liderindən Ukraynanın NATO-ya üzv olub-olmayacağını soruşdum, birbaşa soruşdum. Hamı qorxur, cavab vermirlər. Biz heç nədən qorxmuruq. Rusiyadan qorxmuruq.
İndi ölkənin taleyi ordumuzdan və xalqımızdan, sizin müdrikliyinizdən və Ukraynanın dostlarının böyük dəstəyindən asılıdır”, - deyə Zelenski bildirib.