Modern.az

ÜST Ukraynaya 3,5 milyon yardım ayırdı

ÜST Ukraynaya 3,5 milyon yardım ayırdı

Aktual

25 Fevral 2022, 09:00

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ukrayna əhalisinə təcili humanitar yardım göstərmək üçün 3,5 milyon dollar ayırıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

 

Onun sözlərinə görə, 3,5 milyon dollar məbləğində vəsait ÜST-nin təcili yardım fondundan təcili tibbi ləvazimatlar üçün ayrılıb:

 

“Əlavə ehtiyacların qiymətləndirilməsindən sonra humanitar dəstəyin artacağı gözlənilir".

 

Qebreyesus, həmçinin, Ukrayna xalqının sağlamlıq vəziyyəti ilə bağlı dərin narahatlığını dilə gətirib:

 

“Səhiyyə sistemi fəaliyyətini davam etdirməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı