Modern.az

Xuliqanlıq edən sürücü həbs olundu - FOTO

Xuliqanlıq edən sürücü həbs olundu - FOTO

Aktual

25 Fevral 2022, 10:53

Göyçayda avtoxuliqanlıq edərək digər yol-hərəkəti iştirakçılarının həyatına və mülkiyyətinə real təhlükə yaradan, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən sürücü inzibati məsuliyyətə cəlb olunub.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, rayon sakini  Yusif Usubov istifadəsində olan “VAZ-2107” markalı avtomobillə toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək həmin əməllərini sosial şəbəkələrdə paylaşıb.


Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin də qərarı ilə Yusif Usubov sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati həbs olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı