Modern.az

Bu dövlət qurumunda islahatlar aparılacaq - Rəsmi

Bu dövlət qurumunda islahatlar aparılacaq - Rəsmi

Aktual

25 Fevral 2022, 10:56

Yaxın perspektivdə İqtisadiyyat Nazirliyi nəzdində Dövlət Vergi Xidmətində bir sıra islahatların keçirilməsi planlaşdırılır.

 

Modern.az-ın məlumatına görə, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən vergi forumunda deyib.

 

O bildirib ki, bu islahatlar milli vergi sisteminin mövcud potensialını gücləndirəcək və vergi alətlərinin istifadəsini maksimum asanlaşdıracaq.

 

"Biz, həmçinin yeni "e-taxes" portalının işə salınmasını planlaşdırırıq. Bu platformada sahibkarlıq fəaliyyətinin səmərəli icra olunması, eləcə də sahibkarların vergi orqanları ilə birbaşa əlaqəsinin təmin olunması üçün əlavə alətlər yaradılacaq", - deyə o bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı