Modern.az

İndiyədək 2708 qaziyə əlillik təyin olunub

İndiyədək 2708 qaziyə əlillik təyin olunub

Aktual

25 Fevral 2022, 11:42

“İndiyədək Vətən müharibəsinin 2708 iştirakçısına əlillik təyin edilib”.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza Xidmətinin Təşkili Departamentinin müdir müavini İlkin Yusifov “Sosial saat”da deyib.

 

Onun sözlərinə görə, həmin şəxslər daim diqqət mərkəzindədir: “Qazilərdən bu günə qədər 263 nəfəri yüksək texnologiyalı protezlə təmin edilib. Onlardan 188 nəfəri II Qarabağ qazisi, 75 nəfəri isə əvvəlki dövlərdə ətraf nahiyələrini itirən qazilərdir. Proses bu gün də davam edir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı