Modern.az

Zakir Həsənov İrana başsağlığı verdi

Zakir Həsənov İrana başsağlığı verdi

Aktual

25 Fevral 2022, 11:48

Azərbaycanın müdafiə naziri, general-leytenant Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Baqeriyə və müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Məhəmmədrza Gərayi Aştianiyə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

 

Z.Həsənov M.Baqeriyə və M.G.Aştianiyə ünvanladığı ayrı-ayrı məktublarda təlim təyyarəsinin qəzaya uğraması və pilotların şəhadəti münasibətilə başsağlığı verib, dövləti və xalqı ilə həmdərd olduğunu bildirib.

 

Qeyd edək ki, fevralın 21-də Təbriz şəhərində İranın qırıcı təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin iki pilotu və mülki şəxs ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər