Modern.az

Zorakılığa məruz qalan qız nəzarətə götürüldü

Zorakılığa məruz qalan qız nəzarətə götürüldü

Aktual

25 Fevral 2022, 16:17

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının Suraxanı rayonunda zorakılığa məruz qalan azyaşlı qızı nəzarətə götürüb.

 

Komitənin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, qurum əməkdaşları tərəfindən kütləvi informasiya vasitələrində yayılan, Suraxanı rayon Hövsan qəsəbəsi ərazisində azyaşlı qızın iki nəfər tərəfindən zorakılığa məruz qalması ilə əlaqədar daxil olmuş məlumat əsasında ailəyə səfər edilib.

 

Səfər zamanı azyaşlı ilə söhbət aparılıb. Onun ilkin psixoloji vəziyyəti qiymətləndirilib. Hazırda azyaşlının təhsil və psixoloji reabilitasiyaya cəlb olunması istiqamətində işlər davam etdirilir.

 

Xatırladaq ki, Suraxanı rayonunun Hövsan qəsəbəsində 2010-cu il təvəllüdlü qızın iki nəfər tərəfindən zorakılığa məruz qalması barədə məlumat yayılıb. Azyaşlının anasının müraciəti əsasında Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı