Modern.az

Koronavirusun müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətiriləcək

Koronavirusun müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətiriləcək

Aktual

25 Fevral 2022, 16:55

Koronavirusun müalicəsi üçün Azərbaycana yeni dərmanların gətirilməsi nəzərdə tutulur.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

 

O bildirib ki, yeni dərmanların gətirilməsi üçün həkim rəylərini gözləyirik.

 

“ABŞ-da və digər ölkələrdə yeni dərmanlar çıxıb. Bunun koronavirusun müalicəsinə təsirləri olduğu deyilir. Biz də Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasından həkim rəyi gözləyirik. Onlar təsdiqləsələr ki, bu dərmanlar effektivdir, o zaman həmin dərmanlar ölkəyə gətiriləcək”, - deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı