Modern.az

Lukaşenkodan Kiyev və Moskvaya görüş TƏKLİFİ

Lukaşenkodan Kiyev və Moskvaya görüş TƏKLİFİ

Aktual

25 Fevral 2022, 17:05

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə söhbətində onu əmin edib ki, Minsk Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqlar prosesi, habelə, nümayəndə heyətlərinin təhlükəsizliyi üçün hər cür şərait yaratmağa hazırdır.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

“Rusiya Prezidenti Vladimir Putin bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefonla danışıb, o, öz növbəsində, nümayəndə heyətlərinin gəlişi, onların təhlükəsizliyini və bütövlüyünü təmin etmək üçün bütün lazımi şəraiti yaratmağa və görüşlərin keçirilməsinə hazır olacağını bildirib. Danışıqlar gedir”, - deyə Peskov bildirib.

 

Bundan öncə isə Peskov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar üçün Belarusun paytaxtı Minskə heyət göndərməyə hazırdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı