Modern.az

Kiyevin meri döyüşmək üçün silaha sarıldı

Kiyevin meri döyüşmək üçün silaha sarıldı

Aktual

25 Fevral 2022, 17:20

Kiyevin meri, dünya şöhrətli idmançı Vitali Kliçko əlində silahla Ukraynanı müdafiə edəcək. O, bu barədə açıqlama verib.

"Bu, artıq qanlı müharibədir. Mənim başqa seçimim yoxdur. Bunu etməliyəm. Döyüşəcəm", - Kliçko "Sabahın xeyir" Britaniya tok-şousunda deyib.

Modern.az xəbər verir ki, Kliçko ölkənin suverenliyini müdafiə edəcəyini vurğulayıb.
 

"Putin indi hərbi ritorikadan istifadə edir. O, açıq şəkildə bildirir ki, Ukrayna dövlətini və vətəndaşlarının suverenliyini məhv etmək istəyir. Bu sözlərin ardınca top atəşləri və tanklar gəlir. Biz dağıntılar və ölümlər yaşayırıq. Biz azadlıq və demokratiya uğrunda mübarizə aparırıq”, - V.Kliçko vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı