Modern.az

Azərbaycanda üç idman federasiyası LƏĞV OLUNDU

Azərbaycanda üç idman federasiyası LƏĞV OLUNDU

Aktual

25 Fevral 2022, 17:30

Gənclər və İdman Nazirliyi Azərbaycanda üç federasiyanın statusunu ləğv edib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, bununla bağlı qərar qurumun Kollegiya iclasında qəbul olunub.

Qərara əsasən, Azərbaycan Peyntbol Federasiyası, Otüstü Hokkey Federasiyası və Azərbaycan Turan Do Federasiyası fəaliyyət göstərmədikləri üçün akreditasiyadan keçirilmələri mümkünsüz hesab edilib.

 

Kollegiyanın qərarı ilə Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Atıcılıq Federasiyası, Azərbaycan Stolüstü Tennis Federasiyası, Azərbaycan Triatlon Federasiyası akreditasiyadan keçiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı