Modern.az

Ceyhun Bayramov ABŞ rəsmisilə Ukraynanı müzakirə etdi

Ceyhun Bayramov ABŞ rəsmisilə Ukraynanı müzakirə etdi

Aktual

25 Fevral 2022, 19:28

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Departamentinin müşaviri, Dövlət Katibinin ali siyasət məşvərətçisi Derek Şolle ilə telefon danışığı baş tutub.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Tərəflər Ukraynadakı vəziyyət, habelə Cənubi Qafqaz bölgəsindəki ən son durum ətrafında fikir mübadiləsi aparıblar.

 

Onlar, həmçinin beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı