Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu ilə Suren Papikyan arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə hərbi sahədə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub. Şoyqu erməni həmkarına ölkəsinin KTMT sədri kimi Qazaxıstanda baş verən hadisələr zaman göstərdiyi köməyə görə təşəkkürünü bildirib.
Papikyan çıxışında Ermənistanla Rusiya arasında hərbi əməkdaşlığın möhkəmləmdiriləcəyinə əminliyini ifadə edib.